Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb - FOTO - VİDEO
    • 25-02-2019, 12:25
    • 624

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb - FOTO - VİDEO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Vaz-21011" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən News24.Az-a verilən məlumata görə Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı, nəqliyyat vasitəsinin salonunun tavan hissəsində, eləcə də sağ və sol qanadlarında gizlədilmiş, üzərində "Magic Shots" yazısı olan 384 ədəd və üzərində "Triangle cracker" yazısı olan 1800 ədəd priotexniki vasitələr aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

News24.Az