-
- 22-06-2023, 16:18
- 617
"Mağazanı əlimdən almaq istəyirdi" -Bakıda müdirlə işçinin MÖHÜR DAVASI
Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən şirkətlərdən birində qəribə hadisə baş verib.
News24.az-ın əldə etdiyi məlumata görə, “E and R” MMC şirkətində rəhbər vəzifələrdən birində çalışan Elçin adlı şəxs şirkətin təsisçisi olan Ramilin onu döydüyünü və zorla sənədlərə qol çəkdirmək istədiyini bildirib. O, rəhbərinin fiziki təzyiq göstərərək qol çəkdirməklə ona məxsus mağazanı ələ keçirmək istədiyini bildirib. Elçin Ramilin məsuliyyətə cəlb edilməsini tələb edib.
Müraciət üzrə aparılan araşdırmalardan sonra əməldə hər hansı cinayət tərkibinin olmadığı bildirilib və cinayət işi açılmayıb. Polis hadisə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xuliqanlıq) maddəsi ilə protokol tərtib edərək məhkəməyə göndərib. Nizami Rayon Məhkəməsində keçirilən iclasda Ramil M. bildirib ki, heç bir qanunazidd əməl törətməyib: “Protokolda göstərilən xüsusatlar həqiqətə uyğun deyil. Mən şirkətin təsisçisiyəm. Elçinə əlim belə dəyməyib, sadəcə, ondan şirkətin möhürünü istəmişəm. Elçin isə qaçıb getdi, bundan sonra möhürü almaq üçün Elçinin arxasınca qaçdım. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş edirəm”.
Elçin isə müdirindən şikayətçi olduğunu deyib və onun məsuliyyətə cəlb edilməsini tələb edib: “Ramillə birgə işləsək də, sonradan münasibətlərimiz pozulub. O, güclə məni ərizəyə qol çəkdirməyə çalışıdı, mənə məxsus mağazanı əlimdən almaq istəyirdi. O, məni liftdən dartıb çıxardı, həmin vaxt paltarım cırıldı”.
Nizami Rayon məhkəməsi Ramilin əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığını bildirib və iş üzrə icraata xitam verilib.
Taleh BAĞIROV