-
- 30-04-2022, 16:34
- 531
“Al Market”in müdiri yanğınsöndürmə balonunu müştərinin başına çırpdı
Bakı şəhər Nizami rayon Məhkəməsində Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi 23 ünvanda yerləşən “Al Market” mağazasının müdiri işləmiş 1993-cü il təvəllüdlü Xətai Bəbirov (soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə açılmış işə baxılıb.
News24.az-ın məlumatına görə, hadisə müştəri ilə satıcı xanım arasında baş vermiş mübahisəyə görə baş verib.
Belə ki, avqust ayında, sərt karantin rejiminin tətbiq edildiyi zaman Elçin adlı şəxs həmin marketə maskasız daxil olaraq satıcı xanımdan siqaret almaq istəyib. Satıcı isə onun maskasız olduğunu deyərək marketi tərk etməsini, ona nə isə sata bilməyəcəyini deyib. Bu zaman Elçin satıcıya qarşı kobud ifadələr işlədərək onu söyüb. Marketin müdiri olan Xətai isə ona yaxınlaşaraq irad bildirib və oranı dərhal tərk etməsini tələb edib. Elçin isə bu dəfə satıcı ilə yanaşı marketin müdirini də söyməyə başlayıb. Bundan sonra əsəblərinə hakim olan bilməyən Xətai Bəbirov marketdəki yanğınsöndürmə balonunu götürərək Elçinin başına vurub. Başından xəsarət alan və qan töküldüyünü görən Elçin bir qədər uzaqlaşdıqdan sonra yenidən geri qayıdıb. O, Xətaiyə hücum edərək marketdəki şüşə əşyaları ona tərəf atıb. Bu dəfə isə market müdiri onun qol nahiyəsinə vuraraq xəsarət yetirib.
Elçinin hadisə barədə polisə müraciət etməsindən sonra cinayət işi açılıb.
Toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib və məhkəmə market müdirini qeyd edilən maddə ilə təqsirli bilərək onun 2 il müddətinə azadlıqdan məhrum edilməsinə, lakin cəzasının 1 il snaq müdəti təyin edilməklə şərti hesab edilməsinə qərar verib.