5 gün əvvəl övladlarını itirən qadın xəstəxanada öldü
    • 22-06-2023, 16:44
    • 244

5 gün əvvəl övladlarını itirən qadın xəstəxanada öldü

Şəkidə partlayış nəticəsində ağır xəsarətlər almış qadın Bakıda xəstəxanada vəfat edib.

News24.az xəbər verir ki, iyunun 17-də rayonun Aşağı Göynük kəndində baş vermiş hadisədə ağır yaralanan 2000-ci il təvəllüdlü Şəlalə Nəsib qızı Yusifova Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, iyunun 17-də Şəki rayonu Aşağı Göynük kəndində fərdi yaşayış evlərinin birində qaz sızmasından güclü partlayış olub. Bu zaman Ş. Yusifova və onun iki azyaşlı ovladı - 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı müxtəlif dərəcəli termiki yanıq xəsarətləri almışdılar. Onlar həmin gün Bakıdakı Yanıq Mərkəzinə aparılarkən azyaşlılar yolda dünyasını dəyişmişdi.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Taleh BAĞIROV