Ana və azyaşlı övladı yanıq xəsarətləri ALDI
    • 26-05-2023, 12:28
    • 241

Ana və azyaşlı övladı yanıq xəsarətləri ALDI

Qaxda ana və azyaşlı övladı yanıq xəsarətləri alıb.

News24.az
xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Marsan kəndində baş verib. Kənd sakini, 1994-cü il Nəsimət Zahid qızı Məmmədlinin yaşadığı evin həyətində ocağa tökdüyü benzin alovlanmaya səbəb olub. Alov nəticəsində N. Məmmədli və yanında olan 6 yaşlı qızı Raziyə Məmmədli müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıblar. Ana və azyaşlı övladı Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.