-
- 24-07-2018, 20:00
- 1 278
Bu ixtisaslara keçid balı artacaq və... - Abituriyentlərə ÇOX VACİB XƏBƏRDARLIQ
Ali məktəblərə qəbul imtahanları bu il ikinci dəfədir ki, iki mərhələdə keçirilir. İmtahan nəticələri abituriyentlərin ikinci mərhələdə daha yüksək nəticə göstərdiyini deməyə əsas verir. Birinci mərhələdə hər ixtisas qrupu üzrə bir neçə nəfər 700 bal toplayırdısa, ikinci mərhələdə bu say artır. Bu il imtahanlarda yüksək bal toplayanların sayının çox olması ilə yadda qaldı. Belə ki, iyulun 18-da I və IV ixtisas qrupları üzrə keçirilən ikinci qəbul imtahanında 15 nəfər 700 bal topladı. İyunun 26-da isə II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçiriləcək.
Builki qəbul imtahanlarının nəticələri, ixtisas seçimində diqqət edilməli olan məqamlar, boş qalacaq yerlər, keçid balları artacaq ixtisasları barədə sualları təhsil eksperti Kamran Əsədov cavablandırıb.
- May ayında ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi başa çatıb, artıq ikinci mərhələdə I və IV ixtisas qrupları imtahan verib. Bu imtahanların nəticələrini necə şərh edə bilərsiniz?
- 26 ildir tətbiq edilən test üsulu bu il sonuncu dəfədir keçirilir. 2019-cu ildən qəbul imtahanları tamamilə yeni formatda, yeni qiymətləndirmə meyarları əsasında həyata keçiriləcək. Bu il sonuncu dəfə bu üsulla keçirilən qəbul imtahanı kifayət qədər fərqli rəqəmlərlə yadda qaldı. İlk növbədə bu abituriyentlərin sayında özünü göstərdi. Belə ki, bu il abituriyentlərin sayında kəskin azalma müşahidə edildi. Bununla yanaşı, yüksək bal toplayanların sayında kifayət qədər artım qeydə alındı. Düzdür, qəbul imtahanlarının may ayında keçirilən imtahanda nəticələr o qədər də yüksək deyildi. Lakin iyulun 18-də I və IV ixtisas qrupları üzrə ikinci qəbul imtahanında 15 nəfər 700 bal topladı ki, bu rekord nəticə hesab edilir. Bu, əvvəlki illərin nəticələri ilə müqayisədə çox yüksək rəqəmdir. Ümumiyyətlə, bu il iki qəbul imtahanın nəticələrində kəskin fərq müşahidə edildi. Bu il IV ixtisas qrupu üzrə 690 - 700 bal arası nəticə göstərən abituriyentlərin sayı 35 nəfər olub (2017 - də 18 nəfər idi). 650-dən çox bal toplayan abituriyentlərin sayı bu il 329 nəfər (2017-də 235 nəfər idi), 600-dən çox bal toplayan abituriyentlərin sayı 743 nəfərdir (2017-də 556 nəfər idi), 500 baldan yuxarı nəticə əldə edən abituriyentlərin sayı bu il 1591 nəfər (2017-də 1229 nəfər) olub.
I ixtisas qrupu üzrə bu il 690-700 arası bal toplayan abituriyentlərin sayı 56 nəfərdir (2017 - də 36 nəfər idi). Bu, o deməkdir ki, I ixtisas qrupunda azı 695 bal toplayan prezident təqaüdçüsü olacaq, 650-dən çox bal toplayan abituriyentlərin sayı 369 nəfərdir (2017-də 263 nəfər idi), 600-dən çox bal toplayan abituriyentlərin sayı bu il 880 nəfərdir (2017-də 686 nəfər idi).
- Adətən, yüksək bal toplayan abituriyentlərin sayının çox olmasının keçid ballarında artıma səbəb olacağı bildirilir. Sizcə, bu rəqəmlər ixtisas seçiminə və ixtisas ballarına necə təsir edəcək?
- Bu rəqəmlər ciddi müsabiqə vəziyyəti yaradacaq. IV ixtisas qrupu üzrə 650-dən çox bal toplayan abituriyentlərin sayı bu il 329 nəfərdir, keçən il bu rəqəm 235 olmuşdu. Bu ixtisas qrupu üzrə yüksək bal toplayan abituriyentlərin sayı artıb, plan yerləri isə azalıb. Məsələn, müalicə işi ixtisası üzrə 460 plan yeri var. Bu, o deməkdir ki, Azərbaycan bölməsi üzrə müalicə işi ixtisasına ödənişli əsaslarla qəbul olmaq üçün 630-dan çox bal toplamaq lazımdır. Təxminən keçid balının bu səviyyədə olacağı gözlənilir. Bu ixtisasda ödənişsiz təhsil almaq istəyənlərin isə topladığı bal 650-dən yüksək olmalıdır. Əvvəlki illərlə müqayisədə bu kifayət qədər artım deməkdir. I ixtisas qrupu üzrə də 650-dən çox bal toplayanlar arasında ciddi artım müşahidə edilir. Həmin ixtisas qrupu üzrə keçən il 36, bu il 56 nəfər 690-dan çox bal toplayıb. Bu artım həm dövlət sifarişli, həm də ödənişli ixtisaslara yüksək müsabiqə vəziyyətinin yaranacağını deməyə əsas verir. Bu il III ixtisas qrupu üzrə iki nəfər 600-dən çox bal topladığı halda ali məktəbə qəbul olmadığının şahidi olduq. Bu il eyni vəziyyət I, IV ixtisas qruplarında təkrarlana bilər.
- Belə hallarla qarşılaşmamaları üçün abituriyentlər hansı məqamlara diqqət etməlidir?
- İlk növbədə abituriyentlər ixtisas seçimi edərkən yalnız ötən ilin ixtisas ballarına köklənməsinlər. Bunu etsələr, yüksək ballı ixtisasları yazaraq, müsabiqədən kənarda qala bilərlər. Xüsusən də, yüksək bal toplayanlar ixtisas seçimində diqqətli olmalıdırlar, əks halda problemlər yaşayacaqlar. Məsələn, I ixtisas qrupu üzrə 500 bal normal hesab edilir. Bu il həmin ixtisas qrupu üzrə 2312 nəfər 500-dən çox bal toplayıb, keçən il bu 1980 nəfər olmuşdu. 400-500 nəfərin artması ciddi şəkildə müsabiqə vəziyyəti deməkdir. İxtisas seçimi edən abituriyentlər plan yerləri və statistik göstəriciləri müqayisə etməlidirlər. 200-400 arası bal toplayanlar da ixtisas seçiminə diqqətlə yanaşmalıdır. Düzdür, plan yerlərinin sayında artım var. Birinci ixtisas qrupunda dövlət və ali təhsil müəssisələrinə birlikdə 14475 plan yeri ayrılıb. Bu ixtisas qrupu üzrə abituriyentlər düzgün seçim etsələr, ali məktəbə qəbul olacaqlar. Bunun üçün Dövlət İmtahan Mərkəzinin çap etdiyi jurnallara diqqət etməlidirlər. Hər bir abituriyent özündən çox bal toplayan abituriyentlərin sayını nəzərə almalıdır Eləcə də, seçəcəkləri ixtisaslar üzrə plan yerlərinin sayı həmin abituriyentdən çox bal toplayanların sayına uyğun, ən azı yaxın olmalıdır ki, hansı ixtisas seçməsindən asılı olmayaraq qəbul olsunlar. IV ixtisas qrupu üzrə abituriyentlərin sayı azalsa da, yüksək bal toplayanların sayında artım müşahidə edilir. Bu qrup üzrə abituriyentlər ixtisaslar üzrə plan yerləri və yüksək bal toplayanların sayına diqqət etməlidir. Bu il dövlət sifarişli ixtisaslarda kəskin şəkildə balların artmasını müşahidə edəcəyik.
- Ödənişli ixtisaslarla bağlı necə müsabiqə vəziyyəti olacaq?
- Eyni vəziyyət ödənişli ixtisaslar üzrə də müşahidə ediləcək. Yüksək bal toplayanların sayının 400-500 nəfər çoxalması ümumilikdə müsabiqə vəziyyətinin gərginləşməsi deməkdir. İstər dövlət, istər özəl təhsil müəssisələrinin ödəniş və ödənişsiz ixtisaslarının hamısında ciddi müsabiqə vəziyyəti olacaq. Bu daha çox I və IV ixtisas qruplarında müşahidə ediləcək.- 200-400 arası bal toplayan abituriyentlər nələrə diqqət etsinlər?
- Bizdə yanlış olaraq belə fikir formalaşıb ki, abituriyent keçid bal topladığı balda 50-60 bal yuxarı olan ixtisasları seçə bilər. I və IV qrup abituriyentlərinə bunu tövsiyə etmirəm. Onlar daha çox keçid balı öz ballarından aşağı olan ixtisasları seçməlidir. Çünki ötən illə müqayisədə I qrupda ixtisaslara görə 30-40, IV qrupda 40-50 bal arasında artım müşahidə ediləcək. Abituriyentlər daha çox öz ballarına uyğun və aşağı ballı ixtisasları seçməlidir.
- Bu il bəzi ixtisas üzrə təhsil haqlarında da artım müşahidə edildi. Necə düşünürsünüz, bu, abituriyentlərin həmin ixtisasları seçiməsinə təsir edəcək?
- Bu il ixtisaslar üzrə təhsil haqqı 100-300 manat arasında artıb, ən ciddi artım tibb ixtisasındadır. Hesab edirəm ki, bu artım imtahandan uğurla keçib bal toplayan abituriyentlərin seçiminə təsir etməyəcək.
- Son illər plan yerlərinin, xüsusən, özəl ali məktəblərdə boş qalması ənənə halını alıb. Yüksək bal toplayan abituriyentlərin sayının artması plan yerlərini tam dolduracaqmı?
- Hesab edirəm ki, bu il də plan yerlərinin boş qalması müşahidə ediləcək. Bu il 4-6 min plan yerinin boş qalacaq. Əsasən də, II və III ixtisas qruplarında abituriyentlərin sayı ilə plan yeri arasında fərq çox olduğundan, bu qruplarda daha çox yer boş qalacaq. Gözləntilərimə görə, I ixtisas qrupunda 1000-1500, II qrupda 2500-3000, III qrupda 1000-ə yaxın plan yeri boş qalacaq. V ixtisas qrupu üzrə də boş plan yerlərinin qalacağını gözləyirəm.
- Sizcə, plan yerlərinin boş qalması ikinci turda keçid balının aşağı düşməsinə səbəb olacaqmı?
- Əslində bu addım atılmalıdır. Lakin hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə qəbul üçün elan edilmiş müsabiqə şərtləri dəyişməyəcək. Bununla yanaşı plan yerləri kəskin şəkildə boş qaldığı zaman Dövlət İmtahan Mərkəzi keçid ballarını 50 bal aşağı salmalıdır. Çünki bu il sonuncu dəfə ənənəvi qayda ilə ali məktəblərə qəbul prosesi həyata keçirilir. Düşünürəm ki, prosesi yekunlaşdırmaq lazımdır. Yeni qəbul ilinə yeni model, yeni düşüncə, yeni insanlarla getmək lazımdır. Bundan başqa, plan yerlərinin boş qalması universitetlərin də maliyyələşməsinə təsir edən amildir.
- Hələ qəbul imtahanlarından əvvəl abituriyentlərin 50 faizinin keçid balını toplaya bilməyəcəyini demişdiniz. Proqnoz özünü doğrultdu, yoxsa bu il nəticələr yüksək oldu?
- Bu il nəticə fərqli olmadı. I ixtisas qrupunda 27 min abituriyent imtahanda iştirak edib, onlardan 13 mini 200-dən çox bal toplayıb, 14 min nəfər keçid balını toplaya bilməyib. 150-dən çox bal toplayan abituriyentlərin sayı 16600-dür. Bu, o deməkdir ki, I ixtisas qrupunda 11 min nəfər 0-150 arası bal toplayıb. Demək, imtahanda iştirak edənlərin 50 faizi, bəzi hallarda daha çoxu müsabiqə şərtini ödəyə bilmir.
- Kamran müəllim, bu il təkcə 700 bal toplayanların deyil, 600-dən çox bal toplayanların da sayında bütün ixtisas qrupları üzrə artım müşahidə edilir. Sizcə, bu artım təhsilin keyfiyyət göstəricisidir, yoxsa illərdir imtahanın eyni üsulla keçirilməsinin?
- Bunun yeganə səbəbi Dövlət İmtahan Mərkəzinin qəbulda istifadə etdiyi test modelləri ictimaiyyətə tam əlçatan olmasıdır. Mərkəz bütün test banklarını çap edib, orta hazırlıqlı abituriyent qəbul imtahanında istifadə ediləcək bütün test modelləri il ərzində keçirilən sınaq imtahanları və test bankları vasitəsilə tanış olur. Yəni, bir tədris ili ərzində abituriyent Dövlət İmtahan Mərkəzinin çap etdiyi bütün test tapşırıqlarını işləsə, qəbul imtahanında yüksək nəticə əldə edəcək. Çünki testlər adiləşib. Daha çox əzbərləyən, daha çox məlumatlara resurslarla işləyən daha çox bal toplayır. Yüksək bal toplayanaların sayının artımı heç də təhsilin keyfiyyətinin artımı, abituriyentlərin savadının artması demək deyil. Yaxşı əzbərləyən yaxşı bal toplayır. Bu halları qeyri-adi istedad, Azərbaycanda savadlıların sayının artması hesab etmək olmaz.
- Növbəti tədris ilində ali məktəblərə qəbul yeni üsulla aparılacaq. Bundan gözləntiləriniz nədir?
- İlk illərdə bu yeniliyin tətbiqi ilə əlaqədar nəticələrdə ciddi problemlər olacağını güman edirəm. Kurikulum əsasında keçirilən sınaq və buraxılış imtahanlarında bu problemləri müşahidə etdik. İmtahanların yeni metodlarla keçiriləcəyi ilk üç ildə ciddi irəliləyiş gözləmirəm.
- Sizcə, abituriyentlər yeni üsulla keçiriləcək imtahana hazırdırlarmı?
- Abituriyentlər yeni konsepsiya, kurikulum standartları ilə qəbul imtahanlarına hazır deyil. Bunu həm ötən ilin buraxılış imtahanı, həm də bu ilin may ayında 2019-cu il imtahan modelinə uyğun keçirilən sınaq imtahanlarının da nəticələri təsdiq edir. Düşünürəm ki, bu problemi aradan qaldırmaq üçün Dövlət İmtahan Mərkəzi bu il ərzində dəfələrlə sınaq imtahanı keçirməlidir. Hələ də, qiymətləndirmə konsepsiyası, meyarları, hansı kitablardan istifadə ediləcəyi açıqlanmır. Bu məsələlər dekabr ayına qədər açıqlansa, problemlər müəyyən qədər azalacaq. Bu il Dövlət İmtahan Mərkəzinin üzərinə ciddi iş düşür. Düşünürəm ki, bununla bağlı görəcəkləri işlər barədə mütəmadi olaraq ictimaiyyətə məlumat verməli, monitorinq imtahanları keçirməlidir.
Publika.az