İrəvandan Rusiyaya qarşı təhlükəli oyun: Sülhməramlıları çıxarıb, onları gətirirlər?
    • 23-06-2023, 12:49
    • 607

İrəvandan Rusiyaya qarşı təhlükəli oyun: Sülhməramlıları çıxarıb, onları gətirirlər?

“Ermənistan hakimiyyəti müttəfiqimiz Rusiyaya qarşı növbəti təxribatçı kursa keçib. Dünən məlum olub ki, Avropa Parlamentinin müdafiə komitəsinin sədri Natali Luazo və Avropa Parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin üzvlərinin də daxil olduğu Avropa İttifaqı nümayəndə heyəti Sisian hava limanına enib”. 

News24.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.

Nəşr xatırladır ki, 44 günlük müharibədən sonra Sisian hava limanını Rusiya sülhməramlıları idarə edir və ona bitişik ərazidə onların geniş poliqonu var.

“Onları hava limanında Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter və Aİ-nin Ermənistandakı səfiri Andrea Viktorin də qarşılayıb. Enişdən sonra müşahidəçilərin saytının “Twitter” səhifəsində onların Qarabağı Ermənistanla birləşdirən Laçın yolunun yaxınlığında patrul xidməti həyata keçirəcəkləri ilə bağlı qeyd edilib. Üçtərəfli bəyanata görə, Aİ müşahidəçilərinin həmin ərazidə patrulluq etmək səlahiyyəti yoxdur və dünən məlum olub ki, qrup Aİ missiyasına qoşulur. Onlar Rusiya sülhməramlılarının nəzarəti zonasında peyda olublar. Videodan görünür ki, Azərbaycan tərəfi bir neçə gün əvvəl sülhməramlı qüvvələrin müşayiəti ilə orada bayraq qaldırıb”, - nəşr yazır.

Qəzet qeyd edir ki, bəzi hökumət dairələrində, hətta Zəngəzurda (Sünik) son günlərin prosesləri təhlükəli avantüra kimi qələmə verilir, üstəlik, Aİ müşahidəçilərinin Ermənistanda olması Rusiyada birmənalı qəbul olunmur. “Üstəlik, onlar Ermənistan hakimiyyətin icazəsi ilə rus sülhməramlılarının nəzarət zonalarında peyda olublar”, - nəşr yazır.

Nəşr onu da qeyd edib ki, Aİ nümayəndələri ilə Arsen Torosyan da (Ermənistanın sabiq səhiyyə naziri, hakim Mülki Müqaviləsi Partiyasından olan deputat) Zəngəzura (Sünik) gedib. Qəzetin mənbələrinin bildirdiyinə görə, TŞ-nin son iclaslarının birində Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması məsələsi müzakirə olunub.

Akqabay