Bunu edən sürücülər 100 manat cərimələnəcək — RƏSMİ
    • 23-06-2023, 12:19
    • 211

Bunu edən sürücülər 100 manat cərimələnəcək — RƏSMİ

Avtomobillərini dəmiryol keçidlərindən kənar yerlərdən keçirən sürücülər cərimələnəcək.

News24.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Dəyişikliklə nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçilməsinə görə 100 manat cərimə nəzərdə tutulur.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiq edilib.