-
- 23-06-2023, 14:27
- 267
“Harada görülüb ki, aptekdə antibiotik məsləhəti alasan?!”
“Ölkədə laboratoriyalar var, ekspertizalar aparılır. Bəs bu qədər keyfiyyətsiz dərman ölkəyə necə gəlib?!”
News24.az xəbər verir ki, bu fikirləri deputat Qənirə Paşayeva Milli Məclisin iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.
“İnsanların əsas narazılığının biri budur ki, həkim yazan reseptin içində biri dərman olursa, 3-ü aktiv qida əlavəsi olur. Bundan sonra əhalidə narazılıq yaranır ki, pulu çatmır reseptini almağa. Bunlara nəzarət olunmalıdır. Reseptlər qida əlavələri ilə doldurula bilməz, yalnız tövsiyə edilə bilər”, -deyə deputat vurğulayıb.
Antibiotiklər məsələsinə toxunan parlamentari qeyd edib ki, dünyanın heç yerində antibiotiklər reseptsiz satılmır: “Harada görülüb ki, aptekə gəlib deyəsən mənə hansı antibiotik məsləhət görürsən?! Bu məsələlər nə qədər qaldırılsa da, hələ də heç nə dəyişməyib. Bundan əlavə ildə iki dəfə xaricə çıxan şəxs özünə və qohumlarına dərman gətirirsə, niyə incidilir? Türkiyədə nə qədər azərbaycanlı var ki, dərman zavodları yaradıblar. Bu insanlar ölkəyə dəvət olunmalı, onlara şərait yaradılmalıdır”.