-
- 24-06-2023, 09:44
- 234
Voronejdə kütləvi tədbirlər ləğv edildi - Hərbi texnika karvanı magistral yoldadır
Rusiyanın Voronej vilayətinin hakimiyyəti yaxın müddətdə olan bütün kütləvi tədbirləri ləğv etmək barədə qərar qəbul edib.
News24.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Qusev "Telegram" kanalında məlumat yayıb.
"Voronej vilayətində qarşıdan gələn bütün ictimai tədbirləri ləğv etmək qərarına gəldik. Vəziyyət stabildir. Bütün vacib xidmətlər həmişəki kimi işləyir" - deyə Qusev bildirib.
A.Qusev həmçinin hərbi texnika karvanının M-4 federal magistral yolu ilə hərəkət etdiyini açıqlayıb: "Voronej vilayətinin bütün sakinləri müvəqqəti olaraq M-4 federal magistral yolundan və fərdi nəqliyyat vasitələrindən istifadə etməməlidirlər. Vəziyyət nəzarət altındadır. Rayonun güc strukturları sakinlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür". /TASS/