“Patron” dan alıcılara “möhtəşəm hədiyyə” – İt nəcisi… – Fotofakt
    • 24-07-2018, 17:41
    • 1 278

“Patron” dan alıcılara “möhtəşəm hədiyyə” – İt nəcisi… – Fotofakt

Son zamanlar qablaşdırılmış qida məhsulları ilə bağlı çoxsaylı şikayətlər olur.

Tez-tez mətbutdan oxumaq olur ki, bu və digər qida məhsulunun içindən hansısa yad cisim çıxır.

Budəfəki şikayət də bu qəbildəndir.

 Şabran sakini rayondakı marketlərin birindən aldığı iri dənəli “Patron” günəbaxan tumunun içindən it nəcisi çıxıb. Bunu Şabran sakini tumun qabını açarkən görüb və müəyyən edib.

Qeyd edək ki, Tərtər rayonunda istehsal olunan “Patron” tumlarının üstündəki reklamdan aydın olur ki, istehsalçı alıcılara uduşlu lotera qazanmağa imkan verir.

Görünür “Patron”un işindən çıxan it nəcisi də elə binəva istehlakçıya özünəməxsus bir “hədiyyədir”.

Məsələ ilə bağlı qablaşdırma paketinin üzərində qeyd olunan nömrə ilə əlaqə saxlasaq da çoxsaylı zənglərimizə cavab verilməyib və telefon söndürülüb.
Buna baxmayaraq onların da mövqelərini dərc etməyə hazırıq.

// Bizimyol.info