Köhnə məhkumların evindən çıxanlar: qumbara, tapança patronu, tüfəng, patron darağı, bıçaq
    • 9-08-2019, 20:34
    • 899

Köhnə məhkumların evindən çıxanlar: qumbara, tapança patronu, tüfəng, patron darağı, bıçaq

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Y.Məmmədovun yaşadığı Göytəpə şəhərindəki evinə baxış keçirilib. Baxış zamanı evdən bir qumbara, dörd tapança patronu, bir patron darağı və bir bıçaq aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az -a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Muradovdan lüləsi və qundağı kəsilmiş, eləcə də nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və altı patron aşkarlayıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.