Ramil Usubov yeni rəis təyin etdi
    • 25-02-2019, 17:05
    • 857

Ramil Usubov yeni rəis təyin etdi

Ağcabədi Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.

News24.az
Oxu.az-a istinadən xəbər verir ki, müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Sənədə əsasən, Zəngilan Rayon Polis Şöbəsinin rəisi Ənvər Həsənov vəzifəsindən azad olunub və Ağcabədi Rayon Polis Şöbəsinin rəis təyin edilib.