Rostov və Voronejdə yaşayan azərbaycanlılarla bağlı AÇIQLAMA
    • 24-06-2023, 16:51
    • 148

Rostov və Voronejdə yaşayan azərbaycanlılarla bağlı AÇIQLAMA

"Həm Rostov, həm Voronejdə müvafiq şöbəmiz orada yaşayan azərbaycanlılarla daim əlaqədədir".

News24.az xəbər verir ki, bu sözləri Manset.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib. O qeyd edib ki, orada olan soydaşlarımız təlimatlandırılıb:

"Hələlik onların həyati təhlükəsi yoxdur.Sadəcə Rostovda bildiriş verilib ki, heç kəs evdən çıxmasın. Onlar da bu təlimata əməl edirlər. Soydaşlarımızdan onlara kömək lazım olub-olmadığı soruşulub.

Voronejdə isə hələ ki təhlükəli vəziyyət yoxdur. Ona görə orada yaşayan soydaşlarımıza evdən çıxıb-çıxmamaqla bağlı xəbərdarlıq edilməyib. Biz daim əlaqədəyik, nəzarətdə saxlayırıq. Nəsə müraciət olsa, digər qurumlarla müzakirə edərək orada yaşayan azərbaycanlılara nə etmək lazımdırsa, edəcəyik".