Rostov-Moskva yolu nəzarətə götürüldü
    • 24-06-2023, 18:59
    • 330

Rostov-Moskva yolu nəzarətə götürüldü

Rostov-Moskva avtomobil yoluna hərbi texnika yerləşdirilib, paytaxtın girişinə beton maneələr quraşdırılıb.

News24.az xəbər verir ki, Rostovdan paytaxta daxil olan avtomobillərə baxış keçirir.

Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. O, Rostov və Voronejdə bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.

Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhərində, Voronej və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.