Sabiq futbolçu ürəktutmasından vəfat etdi
    • 24-06-2023, 21:48
    • 195

Sabiq futbolçu ürəktutmasından vəfat etdi

Belçika millisinin sabiq futbolçusu Sedrik Russel vəfat edib.

News24.az xəbər verir ki, veteran hücumçu 45 yaşında ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Belçikanın əsas yığmasında 3 oyun keçirmiş forvard karyerası ərzində ölkəsinin "Gent", "Genk", "Zulte Varegem", İngiltərənin "Vulverhempton" və İtaliyanın "Breşiya" klublarında da çıxış edib.