-
- 13-03-2021, 17:32
- 697
Ukrayna millisinin sabiq futbolçusu 28 YAŞINDA VƏFAT ETDİ
Ukrayna milli komandalarının və "Şaxtyor" klubunun sabiq futbolçusu Rostislav Baqdasarov vəfat edib.
News24.az xəbər verir ki, onun 28 yaşında ölümünə ürəyindəki problemlərin səbəb olduğu iddia edilir. Rostislav 2017-ci ildə cəmi 24 yaşında məhz bu səbəbdən karyerasını başa vurub. Donetsk təmsilçisinin yetirməsi olan sabiq futbolçu sonradan "Kolos" və "Stal"da da çıxış edib.
Qeyd edək ki, Rostislav Ukraynanın U-16, U-17 və U-18 yığmalarının şərəfini qoruyub. /apa.az