Lökbatanda qətl hadisəsi baş verib
    • 25-06-2023, 01:27
    • 287

Lökbatanda qətl hadisəsi baş verib

Lökbatanda qətl hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, iyunun 24-də saat 23:50 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində 1997-ci təvəllüdlü Hudulov Həsən Məhəmməd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.