Bakıda 72 yaşlı kişini avtomobil vuraraq öldürdü
    • 25-06-2023, 10:06
    • 182

Bakıda 72 yaşlı kişini avtomobil vuraraq öldürdü

Bakıda 72 yaşlı kişini avtomobil vuraraq öldürüb.

News24.az xəbər verir ki, hadisə Binəqədi rayon ərazisində qeydə alınıb.

2000-ci il təvəllüdlü Cəfər Quliyev idarə etdiyi "Xəzər" markalı avtomobillə 1951-ci il təvəllüdlü Hümbət Nəsibovu vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.