Rafael Ağayev “Karate Kombat”da növbəti qələbəsini qazandı — FOTO
    • 25-06-2023, 10:18
    • 190

Rafael Ağayev “Karate Kombat”da növbəti qələbəsini qazandı — FOTO

Azərbaycanın karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev “Karate Kombat” turnirində qələbə qazanıb.

News24.az teleqraf.com-a istinadən xəbər verir ki, titullu idmançımız Florida ştatının Mayami şəhərində keçirilən döyüşdə ABŞ-dan olan Coş Kuayhagenə qalib gəlib.

Qeyd edək ki, Rafael Ağayev "Karate Combat" turnirində 2018-ci ildə debüt edib.