ABŞ kəşfiyyatı açıqladı: Priqojin qiyamı belə planlaşdırıb
    • 25-06-2023, 10:50
    • 274

ABŞ kəşfiyyatı açıqladı: Priqojin qiyamı belə planlaşdırıb

Amerika kəşfiyyat rəsmiləri hesab edirlər ki, “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin çoxdan “Rusiya hərbi rəhbərliyinə ciddi meydan oxumağı” planlaşdırıb, 

News24.az xəbər verir ki, CNN məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yazır.

Məlumata görə, son məqsədin nə olduğu məlum deyil. Mənbələr bildiriblər ki, bu həftənin əvvəlində kəşfiyyat rəsmiləri Konqres liderlərini Vaqnerin hərəkətləri və “Rusiya yaxınlığında avadanlığın yığılması” barədə məlumatlandırıblar.

Qərb kəşfiyyatının rəsmisi və kəşfiyyatla tanış olan başqa bir mənbə deyib: “Amerika və Qərb kəşfiyyat rəsmiləri Priqojinin silah və sursat ehtiyatı toplamaq da daxil olmaqla, belə bir hərəkətə hazırlaşdığına dair əlamətlər görüblər”. 

Mənbələr bildiriblər ki, onlar Priqojinin Ukraynadakı əməliyyatlar üçün sursat çatışmazlığı ilə bağlı iddialarının “Rusiya rəhbərliyinə potensial hərbi çağırış üçün zəmin yaratmaq üçün” qəsdən saxtakarlıq olduğuna inanırlar. 

Kəşfiyyatla tanış olan mənbə deyib ki, “hər şey çox tez baş verib” və Priqojinin Rusiya hərbçilərini hədələməkdə nə dərəcədə ciddi olduğunu və qoşunlarını hara aparacağını anlamaq çətindir.

Akqabay