ARDNF depozit qoyuluşunu kəskin ARTIRDI
    • 25-06-2023, 10:52
    • 478

ARDNF depozit qoyuluşunu kəskin ARTIRDI

Bu il yanvarın 1-nə Dövlət Neft Fondunun (ARDNF) müddətli depozit qoyuluşu 1 820,089 milyon manat təşkil edib.

News24.az
-ın məlumatına görə, bu barədə Fondun 2022-ci il üzrə maliyyə (audit) hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 156,1 dəfə çoxdur.

Xatırladaq ki, ötən il ARDNF Türkiyə Mərkəzi Bankında 1 milyard avro (1 milyard 813,719 milyon manat) depozit yerləşdirib. Bu depozitə 2,319 milyon manat faiz hesablanıb.

2022-ci ilin sonuna ARDNF-in müddətli depozit qoyuluşu onun aktivlərinin 2,2 %-ni təşkil edib. Bu nisbət 2021-ci ilin sonuna yox dərəcəsində olub.