-
- 26-02-2019, 09:00
- 1 079
Xocalı sakini: “Hər ilin fevral ayı gələndə bu tarixi yenidən yaşayırıq...” - VİDEO
Bu gün Xocalı soyqırımının 27-ci ildönümüdür.
Həmin günün şahidi olan Xocalı sakini, eyni zamanda bu faciəvi tarixdə yeganə qardaşını itirmiş Fiqurə Rüstəmova News24.az-a dəhşətli anlardan danışır. Fiqurə xanımın valideyinləri ermənilər tərəfindən qətlə yetirilib. Hələ lap kiçik yaşlarından ailəsiz qalıb. Xalası böyüdüb onu, bir də qardaşı Füzuli Rüstəmovu. Xocalı dəhşəti yaşananda 19 yaşındaymış.
Kameramıza bütün yaşadıqlarını danışdı Fiqurə xanım, göz yaşları və ürək yanğısı ilə... Köks ötürürdü vaxtaşırı - əsas da qardaşından danışanda. Füzuli Rüstəmov 26 yaşındaymış ermənilərin gülləsinə tuş gələndə. Azərbaycanın Milli Qəhrəmanı adı verilib Füzuli Rüstəmova.
Bu gün yalnız fotolarda öpüb-qucaqlayır qardaşını...
Müsahibə: Ülkər QASIMOVA
Video: Fərid ŞABANOV