"Tələbələrimizin xaricdə dini təhsil almasını istəmirik" —  Mübariz Qurbanlı
    • 25-06-2023, 11:55
    • 236

"Tələbələrimizin xaricdə dini təhsil almasını istəmirik" — Mübariz Qurbanlı

Biz tələbələrimizin xaricdə dini təhsil almasını istəmirik.

News24.az APA-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İlahiyyat İnstitundakı məzun günündə çıxışı zamanı deyib.

"Dini təhsil millətin, eyni zamanda, dövlətin özünəməxsusluğunu ifadə edir", - Mübariz Qurbanlı əlavə edib.

Komitə sədri bu cür kadrların Azərbaycanda yetişməli olduğunu deyib:

"Biz elə etməliyik ki, gənclərimiz başqa təsir altına düşməsinlər".