Malik Həsənov məğlub oldu — FOTO
    • 25-06-2023, 16:09
    • 126

Malik Həsənov məğlub oldu — FOTO

Polşada keçirilən III Avropa Oyunlarında boksçuların mübarizəsi davam edir. 

News24.az apasport.az saytına istinadən xəbər verir ki, yarışların üçüncü günüdə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Malik Həsənov (63,5 kq) çıxıb.

Birinci döyüşündə polşalı Bartlomey Roskoviçə qalib gələn təmsilçimiz 1/8 finalda Din Klinsi (İrlandiya) ilə qüvvəsini sınayıb. Görüş rəqibin 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28) qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, bu gün daha 2 yığma üzvü yarışa qoşulacaq. Sərxan Əliyev (71 kq) Mixal Takacslə (Slovakiya), Məhəmməd Abdullayev (+92) Uğur Aydemirlə (Türkiyə) qüvvəsini sınayacaq.