Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
    • 26-02-2019, 10:39
    • 765

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Fevral ayının 25-dən 26-dək daxili işlər orqanlarındaqeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.

DİN-in Mətbuat Xİdmətindən News24.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 24 cinayətin  üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.