Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
    • 7-03-2019, 10:19
    • 759

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Mart ayının 6-dan 7-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.    

DİN-in Mətbuat Xidmətindən News24.az-a  verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 26 cinayətin  üstü “isti izlər”lə açılıb.  

Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.  

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.