Cinayət törətməkdə şübhəli bilinən  62 nəfər saxlanılıb
    • 4-03-2019, 10:16
    • 704

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Mart ayının 2-dən 4-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 48 cinayətin  üstü “isti izlər”lə açılıb.  

Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub. 
  
Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.