Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
    • 11-03-2019, 10:19
    • 615

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Mart ayının 9-dan 11-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələrin statistikası açıqlanıb. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 42 cinayətin  üstü “isti izlər”lə açılıb.  

 Əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.