Şoyqu üzə çıxdı - FOTOLAR
    • 26-06-2023, 10:21
    • 173

Şoyqu üzə çıxdı - FOTOLAR

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Vaqner”in silahlı qiyamından sonra ilk dəfə görüntülənib.

News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə baş verən gündən yoxa çıxan və heç bir açıqlama verməyən Şoyqunun vəzifədən uzaqlaşdırıldığı da iddia edilib.

Kreml administrasiyası mövzu ilə bağlı açıqlama verməsə də, nazirin bu gün rəsmi səfərləri olub və görüşlər keçirib.

Sözügedən görüntülər isə Rusiya Müdafiə Nazirliyi tərəfindən yayımlanıb. 

Bildirilib ki, xüsusi hərbi əməliyyat zonasında iş zamanı Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Qərb” qoşun qruplaşmasının birləşmələrindən birinin irəli komanda məntəqəsini yoxlayıb.