-
- 6-02-2023, 15:34
- 315
Rusiyadan Türkiyəyə yardım təklifi
Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə telefonla danışıb.
News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Danışıq zamanı Şoyqu türkiyəli həmkarı Hulusi Akara hərbi idarə vasitəsilə zərərçəkənlərə kömək, o cümlədən tibbi yardım təklif edib.
Açıqlamada deyilir:
"Fevralın 6-da Rusiya Federasiyasının müdafiə naziri general Sergey Şoyqu ilə Türkiyə Respublikasının müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Sergey Şoyqu Türkiyə Respublikasında baş verən zəlzələ nəticəsində insan tələfatı ilə bağlı Hulusi Akara səmimi başsağlığı verib. Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Rusiyanın müdafiə naziri türk həmkarına hərbi idarə vasitəsilə zərərçəkənlərə bütün lazımi yardım, o cümlədən tibbi yardım göstərməyi təklif edib". /CNN Türk/
Teymur MƏMMƏDOV