Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşdü
    • 26-06-2023, 11:29
    • 333

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşdü

26 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Bu barədə News24.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində dövlət katibi A.Blinken ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş" layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.