Zabratda "Gəncə Təndir"ində partlayış olub, xəsarət alanlar var
    • 26-06-2023, 17:23
    • 337

Zabratda "Gəncə Təndir"ində partlayış olub, xəsarət alanlar var

Zabratda "Gəncə Təndir"ində partlayış baş verib.

News24.az xəbər verir ki, partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 3-ü işçi, bir nəfər isə müştəri olub.

Hazırda ərazidən partlayış fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.

İlkin məlumata görə, hadisə obyektdəki qaz balonunun partlamasına nəticəsində baş verib. Hazırda faktla bağlı araşdırma aparılır.