-
- 27-06-2023, 11:17
- 337
XİN başçılarının ABŞ görüşünün proqramı məlum oldu
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ görüşünün proqramı məlum olub.
News24.az xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində bağlı qapılar arxasında ikitərəfli görüşlər keçirəcək.
Görüşlərdən sonra Blinken Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində iki ölkənin XİN başçısının birinci plenar iclasında iştirak edəcək.
Qeyd edək ki, danışıqlar iyunun 29-na kimi davam edəcək. Əsas mövzu sülh sazişidir.