Nikoldan etiraf:
    • 27-06-2023, 12:17
    • 314

Nikoldan etiraf: "Bəzi silahların istifadə hüququ tam olaraq bizə aid deyildi"

“Müharibə vaxtı bəzi silahların istifadə hüququ tam olaraq Ermənistana aid deyildi”.

News24.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında deyib.

O, iclasın qapalı hissəsində Ermənistan Silahlı Qüvvələrinin arsenalında olan həmin silahlar barədə ətraflı məlumat verəcəyini söyləyib.

Baş nazir bu silahların Rusiya istehsalı olan “İskəndər-M” əməliyyat-taktiki raket kompleksi olub-olmaması ilə bağlı suala aydınlıq gətirməyib.