Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ
    • 27-06-2023, 13:21
    • 364

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ

Fövqəladə Hallar Nazirliyi yanında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə yeni rəis müavini təyin edilib.

News24.az "Qaynarinfo"ya istinadən bildirir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müavafiq əmri ilə Əkbər Əli oğlu Quliyev Agentliyə rəis təyin olunub.

Qeyd edək ki, Əkbər Quliyev Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində baş məsləhətçi vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi çalışıb. O, 11 noyabr 1973-cü ildə Bakı şəhərində anadan olub və Bakı Dövlət Universitetinin Fizika fakultəsini bitirib. Fizika-riyaziyyat üzrə elmlər namizədidir.