Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat aldı
    • 27-06-2023, 17:40
    • 162

Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.

Avropa futbol qurumunun saytının yaydığı məlumata görə, o, Çempionlar Liqasının I təsnifat mərhələsində “Jalqris” (Litva) və “Struqa” (Şimali Makedoniya) arasında birincilərin meydanında keçiriləcək ilk oyunu idarə edəcək. Məsiyevə yan xətlərdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim isə Kamal Umudlu olacaq.

Görüş iyulun 11-də Vilnüsdə keçiriləcək.