-
- 27-06-2023, 23:55
- 252
Türkiyənin valyuta ehtiyatları bir həftə ərzində rekord həddə artıb
Son bir həftə ərzində Türkiyənin beynəlxalq valyuta ehtiyatlarının artımı 8,5 milyard dollar təşkil edib ki, bu da ölkə tarixində rekord hədd sayılır.
News24.az xəbər verir ki, bu barədə Türkiyənin maliyyə naziri Mehmet Şimşək tviterdə bildirib.
M.Şimşek qeyd edib ki, ölkə hakimiyyəti valyuta ehtiyatlarının artırılması istiqamətində işləri sürətləndirəcək.
"Ölkə tədricən rasional iqtisadi siyasətə qayıdacaq və ehtiyatların gücləndirilməsi üçün əlavə xarici mənbələrin təmin edilməsi istiqamətində fəal iş aparacaq. Bundan əlavə, türk lirəsinə əsaslanan investisiyaların cəlb edilməsi üçün tədbirlər görüləcək", - türkiyəli nazir əlavə edib.