Hava ilə bağlı xəbərdarlıq — İyulun 1-dək...
    • 28-06-2023, 11:03
    • 360

Hava ilə bağlı xəbərdarlıq — İyulun 1-dək...

Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, Bakıda və Abşeron yarmadasında havanın əsasən küləkli keçəcəyi gözlənilir.

Gülşad Məmmədovanın sözlərinə görə, bölgələrdə isə hava şəraiti yağıntılı keçəcək. Yağıntının leysan xarakterli olacağı ehtimal olunur. Dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv xarakterli olacaq. Gözlənilən hava şəraiti ilə əlaqədar çaylarda suyun səviyyəsi arta bilər. Sel və daşqın ehtimalı var.

Dağlıq ərazilərdə gözlənilən sel səbəbi ilə insanlara çay hövzələrindən kənar durmaq tövsiyə edilir. Qeyri - sabit hava şəraiti iyulun 1-nədək davam edəcək.