Cəlilabadda ağır qəza: 5 nəfər yaralandı
    • 29-06-2023, 13:37
    • 320

Cəlilabadda ağır qəza: 5 nəfər yaralandı

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var.

News24.az​​​ Report-a istinadən xəbər verir ki, hadisə rayonun Adnalı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" markalı avtomobillə VAZ markalı minik maşını toqquşub. Hadisə nəticəsində Cəlilabad rayon sakinləri - 1971-ci il təvəllüdlü Elminaz Həmşəliyeva, 1987-ci il təvəllüdlü Ülviyyə Əsgərova, 1969-cu il təvəllüdlü Ağgül Nadirova, 2000-ci il təvəllüdlü Məlahət Nadirova və 1978-ci il təvəllüdlü Rasim Şəbiyevdir.

Faktla bağlı araşdırma aparılır.