İçərisində azərbaycanlının da olduğu təyyarə qəzaya uğradı - FOTO
    • 26-02-2019, 17:59
    • 2 309

İçərisində azərbaycanlının da olduğu təyyarə qəzaya uğradı - FOTO

Bu gün Moskvanın Şeremetova hava limanında təyyarə qazəsı baş verib. 

News24.az xəbər verir ki, biznes-jet markalı təyyarənin qəzaya düşməsinə səbəb şassinin parçalanması olub. 

Hadisə nəticəsində təyyarə eniş zolağından 50 metr kənara çıxıb. 

Təyyarənin göyərtəsində Azərbaycan vətəndaşı da daxil olmaqla 5 nəfər olub. Bunlar Asif Ələkbərov, Valentina Davıdovskaya və Ariya Axmadova olub. İlkin qiymətləndirməyə görə, təyyarəyə ziyan dəyməyib və xəsarət alan olmayıb.

Qəza ilə bağlı cinayət işi açılıb. 

Teymur MƏMMƏDOV