Təyyarə uçuş zolağından çıxaraq qəza etdi - FOTO
    • 7-07-2018, 14:41
    • 953

Təyyarə uçuş zolağından çıxaraq qəza etdi - FOTO

Çinin "Shenzhen Airlines" aviaşirkətinə məxsus "Boeing 737" markalı təyyarə bu gün günorta saatlarında qəza edib.

Şinin Uxan şəhərindən gələn təyyarə eniş zamanı sürətini ala bilməyib və uçuş zolağından çıxıb. Buna səbəb təyyarənin əyləclərinin işləməməsi olub.

News24.az xəbər verir ki, təyyarədə olan 124 sərnişin və 9 ekipaj üzvü hadisə nəticəsində zərər görməyib.

Qəzanın səbəbləri araşdırılır.

İlhamə