Fransada ötən gecə 3800-dən çox yanğın törədilib
    • 30-06-2023, 16:26
    • 254

Fransada ötən gecə 3800-dən çox yanğın törədilib

Ötən gecə Fransada iğtişaşlar zamanı 3800-dən çox yanğın törədilib.

News24.az​​​ xəbər verir ki, bunu Fransanın “Parisien” qəzeti yazıb.

Bildirilib ki, bütövlükdə 1919 avtomobilə və 492 binaya ziyan dəyib.

Qeyd edək ki, 17 yaşlı əlcəzairəsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlarla əlaqədar Fransada fövqəladə vəziyyət elan edilə bilər. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib.

Yeniyetməni güllələməkdə təqsirli bilinən polis əməkdaşı saxlanılıb. Bu, 2023-cü ildə Fransada yol polisi tərəfindən öldürülən ikinci şəxsdir. Hadisənin irqi zəmində baş verdiyi istisna edilmir. Ötən il isə eyni hadisə səbəbindən 13 nəfər öldürülüb.