Fransada iğtişaşlar: Elit bölmələr bu şəhərə göndərilir
    • 29-06-2023, 22:01
    • 246

Fransada iğtişaşlar: Elit bölmələr bu şəhərə göndərilir

Fransanın xüsusi təyinatlı polis bölmələri 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra iğtişaşların baş verdiyi Nanterə göndərilib.

News24.az xəbər verir ki, bu barədə “Fiqaro” nəşri təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

“Milli Jandarm Müdaxilə Qrupu, Milli Polisin elit bölməsi, Nanterə göndərilib”, - məlumatda deyilib.

Qeyd edək ki, iyunun 27-də polis əməkdaşları Nanterdə 17 yaşlı yeniyetməni güllələyərək qətlə yetiriblər