İsmayıllıda güclü sel: Lahıc yolu bağlandı - VİDEO
    • 30-06-2023, 20:46
    • 287

İsmayıllıda güclü sel: Lahıc yolu bağlandı - VİDEO

Bu gün İsmayıllıda yağan güclü yağış sel gətirib.

News24.az xəbər verir ki, sel sularının gətirdiyi lil və qaya parçaları İsmayıllı-Lahıc avtomobil yolunun üzərinə tökülüb. Nəticədə yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 

Eyni zamanda Lahıc qəsəbəsi də daxil olmaqla bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Yolların açılması üçün əraziyə canlı qüvvə və texnika cəlb olunub.