İsmayıllı-Lahıc yolunda hərəkət qismən bərpa olunub
    • 23-06-2023, 21:02
    • 230

İsmayıllı-Lahıc yolunda hərəkət qismən bərpa olunub

İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları ərazidən təmizlənib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, yolda hərəkət qismən bərpa olunub.

Anar Nəcəfli bildirib ki, bu gün günorta saatlarında başlayan intensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu kilometrliklərinə) hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat yaranmış məhdudiyyət qismən aradan qaldırılıb.

Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Hazırda ərazidə hərəkətin tam bərpa olunması istiqamətində işlər davam etdirilir.