Ağstafada avtobus minik maşını ilə toqquşub, ölən və yaralanan var
    • 30-06-2023, 22:28
    • 316

Ağstafada avtobus minik maşını ilə toqquşub, ölən və yaralanan var

Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib.

News24.az​​​-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Daewo" markalı avtobusla minik maşını toqquşub.

Qəza zamanı bir nəfər ölüb, 1969 -cü il təvəllüdlü Tovuz sakini Bəsti Məmmədov isə xəsarət alıb.