Yevlaxda avtomobillər toqquşub, sürücülər xəsarət alıb
    • 2-07-2023, 00:33
    • 243

Yevlaxda avtomobillər toqquşub, sürücülər xəsarət alıb

Yevlax şəhərinin Füzuli küçəsində 2 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

News24.az​​​-ın məlumatına görə, "VAZ-21011" və "Daewoo Nexia" markalı avtomobilərin toqquşması nəticəsində, hər iki nəqliyyat vasitələrinin sürücüləri, 1987-ci il təvəllüdlü R.Babeyev və 1986-cı il təvəllüdlü E.İsmayılov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.