Hacıqabulda yol qəzasında 7 nəfər xəsarət aldı

Hacıqabulda yol qəzasında 7 nəfər xəsarət aldı
KRİMİNAL

13-08-2019, 17:34

Mətn ölçüsü

Hacıqabulda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.
News24.az xəbər verir ki, hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qəza nəticəsində xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.