ABŞ-ın F-22-ləri Yaponiya aviabazasına gəldi
    • 2-07-2023, 22:32
    • 185

ABŞ-ın F-22-ləri Yaponiya aviabazasına gəldi

ABŞ-ın beşinci nəsil F-22 qırıcılarından ibarət qrup Yaponiyanın Kadena aviabazasına gəlib.

News24.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığı məlumat yayıb.

Bildirilib ki, qırıcı təyyarələr Alyaskadakı Eyelson Hərbi Hava Qüvvələri bazasından regiona gəlib.

Məlumata görə, qırıcılar Sakit okeanın şimalında iyulun 2-dən 21-dək davam edəcək müttəfiqlərin çoxmillətli “Northern Edge 2023-2” hərbi təlimində iştirak edəcək.

Təlimlərə həmçinin minlərlə Amerika əsgəri, beş gəmi və 150-dən çox təyyarə qatılacaq.